Bakıxanovun yaşadığı ev uçdu | VİDEO
Xalq şairi Sabir Rüstəmxanlı da qeyd edir ki, bu vəziyyət ziyalı irsinə qarşı qəbuledilməz yanaşmadır. Bildirir ki, Azərbaycanda mədəniyyət abidələri çoxdur və hər birinə vəsait ayırmaq çətin olsa da, Bakıxanovun ev-muzeyinin vəziyyətinə diqqət yetirilməsi vacibdir. Aidiyyəti qurumlar düşünməlidir ki, belə bir ev-muzeyin bu vəziyyətə düşməsi ilə barışmaq olarmı?
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən tikili dövlət mühafizəsində olan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməyib. Həmin evin siyahıya daxil edilməsi məsələsinə baxılması nəzərdə tutulur.
Suraxanı Rayon İcra Hakimiyyəti isə bildirib ki, bina xüsusi mülkiyyət olduğuna görə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.







Vaxtında, Aydın, Lazımlı!


